“Mançester Siti” və “Real” 1/4 finalda

“Mançester Siti” və “Real” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir. Bu gün daha 2 qarşılaşma baş tutub.

“Mançester Siti” “Kopenhagen”i qəbul edib. İlk matçda 3:1 hesablı qələbə qazanan ingiltərəlilər bu oyunda da eyni nəticəni göstərib. Meydan sahiblərinin heyətində Manuel Akanci, Xulian Alvarez, Erlinq Haaland fərqlənib. Qonaqların qoluna isə Məhəmməd Əlyunissi imza atıb.

Günün digər matçında “Real” “Leypsiq”i qonaq edib. İlk matçda 1:0 hesablı qələbə qazanan ispaniyalılar oyuna üstün başlayıb. Hesab ikinci hissədə açılıb. Vinisius Cunior komandasını önə çıxarıb. Lakin qonaqların buna cavabı gecikməyib. Villi Orban fərqlənib – 1:1. Tərəflərin səylərinə baxmayaraq, görüşdə hesab dəyişməyib.

Bununla da, “Mançester Siti” və “Real” adlarını 1/4 finala yazdırıblar.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” Telli komandada saxladı

Növbəti yazı

Bellingemdən rekord