“Mançester Siti” “Milan”ın oyunçusuna “elçi düşdü”

“Mançester Siti” “Milan”ın oyunçusuna “elçi düşdü”

“Mançester Siti” “Milan”ın hücumçusu Rafael Leau ilə maraqlanır. Klub oyunçunun agenti ilə mümkün transfer barədə danışıqlar aparır.

İtaliya klubu futbolçusu ilə yollarını ayırmağa hazır deyil. Klub onun transferi üçün ən azı 70 milyon avro istəyəcək. “Milan” özü də Leauya 2026-cı ilə qədər əməkhaqqı artımı ilə 4,5 milyon avroluq müqavilə təklif edib.

22 yaşlı Leau 2019-cu ildən “Milan”da çıxış edir. Portuqaliyalı futbolçu komandaya “Lill”dən keçib. Leau bu mövsüm bütün turnirlərdə 36 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Kris Pol NBA tarixində 15-ci yerə yüksəldi

Növbəti yazı

Qavi “Liverpul”un hədəfində