“Mançester Siti” Kimmix uğrunda mübarizəyə qoşuldu

“Mançester Siti” Kimmix uğrunda mübarizəyə qoşuldu

“Mançester Siti” heyətini gücləndirmək niyyətindədir. Klub “Bavariya”nın futbolçusu Coşua Kimmix uğrunda mübarizəyə qoşulub.

“Şəhərlilər” almaniyalını 2024-cü ilin yayında almağa hazırdır. Çünki münhenlilər hazırda futbolçu üçün 58 milyon avro tələb edir.

Kimmixin müqaviləsi 2025-ci ilin yayında başa çatır. İngiltərə təmsilçisi o zamana qədər transfer qiymətini 24 milyon avroya endirməyi planlaşdırır.

Eyni zamanda Kimmixin xidmətində “Liverpul” və “Mançester Yunayted” də maraqlıdır. Həmçinin, maliyyə böhranı yaşayan “Barselona” da Almaniya millisinin üzvünü heyətinə qatmağı planlaşdırır.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” sentyabrdan sonra ilk dəfə

Növbəti yazı

Tomas Tuxel: “Qışda transferlərin necə çətin olduğunu bilirəm”