“Mançester Siti” Kanselo üçün 30 milyon istəyir
“Barselona” Joao Kanselonu heyətində saxlamaqda çətinlik çəkəcək. Portuqaliyalı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edir.
Kataloniyalılar futbolçu ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Bunu həyata keçirmək asan olmayacaq. Çünki britaniyalılar yalnız 30 milyon avro dəyərində bir transfer üçün danışıqlar aparmağa hazırdırlar. Bu, “Barselona” üçün yüksək qiymətdir. Lakin klub rəhbərliyi hələ də mümkün sözləşməni müzakirə edəcək.