“Mançester Siti” derbidəki həsrətə son qoydu

“Mançester Siti” derbidəki həsrətə son qoydu

İngiltərə Premyer Liqasının XI turunun mərkəzi oyununda Mançester derbisi baş tutub. “Mançester Yunayted” öz meydanında “Mançester Siti”ni qəbul edib.

“Old Trafford”dakı qarşılaşma erkən avtoqolla başlayıb. Erik Bayi 7-ci dəqiqədə meydan sahiblərini məyus edib. İlk yarının son dəqiqələrində Bernardu Silva qonaqların üstünlüyünü iki topa çatdırıb.

2:0 hesablı qələbədən sonra xal hesabını 23-ə yüksəldən Pep Qvardiolanın yetirmələri 2-ci pillədə qərarlaşıb. “Şəhərlilər” “Çelsi”dən bir oyun çox keçirib və 2 xal geri qalır. 5-ci olan Ole-Qunnar Sulşerin komandası isə həmşəhərlilərindən 6 xal az toplayıb.

Bununla da “Mançester Siti” uğursuz seriyaya son qoyub. Qvardiolanın komandası 2,5 ildən sonra Mançester derbisindəki Premyer Liqa matçında qalib gəlib. 2019-cu il aprelin 24-də dəf rəqibini 2:0 hesabı ilə məğlub edən “şəhərlilər” “Mançester Yunayted”lə son 4 çempionat oyununda cəmi 1 xal qazanmışdı.

ETOPAZ

Əvvəlki yazı

Hardendən 60-ci tripl-dabl

Növbəti yazı

Medvedev 20 milyonu arxada qoydu