“Mançester Siti” də Haland mübarizəsində

“Mançester Siti” də Haland mübarizəsində

Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Şəhərlilər” 22 yaşlı hücumçu uğrunda İspaniya təmsilçiləri Madrid “Real”ı və “Barselona” ilə mübarizəyə qoşulub.

Madridlilər norveçli forvardı yalnız 2023-cü ilin yayında almağa hazırdır. Haland isə mövsümün sonunda Almaniya klubunu tərk etmək niyyətindədir. “Mançester Siti” isə bu il oyunçunu transfer edə bilər.

Qeyd edək ki, Erlinq Haland cari mövsüm “Borussiya”nın heyətində 20 matça çıxıb, 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Firmino finalda oynamayacaq

Növbəti yazı

Mbappe İbrahimoviçə çatdı