“Mançester Siti” Çempionlar Liqasının qalibi oldu

“Mançester Siti” Çempionlar Liqasının qalibi oldu

Çempionlar Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşib. Türkiyənin İstanbul şəhərində baş tutan final oyununda “Mançester Siti” və “İnter” üz-üzə gəlib.

Oyun İngiltərə çempionunun üstünlüyü ilə keçib. Lakin mançesterlilər ilk yarıda ciddi itki ilə üzləşib.

Kevin de Bruyne zədələndiyi üçün oyunu yarımçıq tərk edib. Pep Qvardiolanın yetirmələri dünyanın ən yaxşı yarımmüdafiəçilərindən birinin yoxluğunda da üstün futbol nümayiş etdirib.

Bu, ikinci hissənin ortalarında bəhrəsini verib. Rodri 68-ci dəqiqədə İtaliya klubunun qapısına yol tapıb – 1:0. Qoldan sonra da “şəhərlilər” rəqib qapısına həmlələr təşkil edib. Amma hesab dəyişməz qalıb.

1:0 hesablı qələbə qazanan “Mançester Siti” Çempionlar Liqasının qalibi olub. Bu, “şəhərlilər”in tarixində ilk belə uğurdur.

ETOPAZ

Əvvəlki yazı

“Lids”in əsas namizədi

Növbəti yazı

Kökçü ”Benfika”da