“Mançester Siti” 100-ə çatdı

“Mançester Siti” 100-ə çatdı

“Mançester Siti” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında səfərdə “Atletiko”yla qarşılaşıb (0:0). Görüş “şəhərlilər” üçün əlamətdar olub.

Pep Qvardiolanın yetirmələri turnirdə 100-cü oyununu keçirib. “Siti” bu matçlarda 55 qələbə qazanıb. Komanda bu göstəricidə İngiltərə rekordçusudur. Heç bir ingilis klubu turnirdə keçirdiyi ilk 100 oyunda bu qədər qələbə qazanmayıb.

Ümumi göstəricidə isə Mançester komandası yalnız “Real”dan geri qalır. “Kral klubu” Çempionlar Liqasının ilk 100 oyununda 57 qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında yarımfinal cütləri müəyyənləşdi

Növbəti yazı

“Liverpul” “Mançester Yunayted”ə çatdı