“Mançester Siit”dən finalların rekordu

“Mançester Siit”dən finalların rekordu

“Mançester Siti” klublararası dünya çempionatında rekorda imza atıb. İngiltərə klubu finalda ən böyükhesablı qələbə qazanan komanda adına şərik çıxıb.

Pep Qvardiolanın yetirmələri Səudiyyə Ərəbistanındakı turnirin həlledici matçında “Fluminense”ni darmadağın edib – 4:0. Qollardan ikisinə Xulian Alvares, birinə Fil Foden imza atıbsa, bir dəfə də Nino avtoqol müəllifi olub.

Dünya çempionu titulunu qazanan “Mançester Siti” “Barselona”nın rekordunu təkrarlayıb. İspaniyalılar 2011-ci ilin finalında “Santos”u 4:0 hesabı ilə məğlub edib.

Həmin vaxt da qalib komandanın baş məşqçisi Pep Qvardiola olub. Mütəxəssis karyerasında 4-cü dəfə bu turnirin çempionu adına sahib çıxıb. O, iki dəfə “Barselona”, bir dəfə “Bavariya”da bunu bacarıb.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ” “Sabah”ı məğlub etdi

Növbəti yazı

“Real”dan 12 ilin ən yaxşı startı