Maltada ikinci məğlubiyyət

Maltada ikinci məğlubiyyət

Azərbaycan milli komandası növbəti oyununu keçirib. Canni de Byazinin yetirmələri Maltada təşkil olunan təlim-məşq toplanışında ikinci matçına çıxıb.

Yığmamız Latviya ilə görüşüb. Qarşılaşma Ta Qalidəki Milli stadionda baş tutub.

Matçın taleyini bir qol həll edib. 85-ci dəqiqədə fərqlənən Vladislavs Qutkovskis latviyalılara 1:0 hesablı qələbə qazandırıb. Bununla da yığmamız Malta toplanışını iki məğlubiyyətlə və qolsuz başa vurub. Yığmamız martın 25-də Malta ilə yoldaşlıq oyununda 0:1 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Terim yenidən “Qalatasaray”a dönə bilər

Növbəti yazı

“Məğlubiyyətdən heç kim razı qala bilməz”