Malikanəsini 7,1 milyon dollara satdı
“Mayami”nin lideri Cimmi Batler öz malikanəsini satıb. Basketbolçu bundan 7,1 milyon dollar qazanıb. Paynkrestdə yerləşən malikanənin sahəsi 800 kvadrat metrə bərabərdir. Paynkrest Floridanın paytaxtı Mayami ətrafında yerləşən kənddir. Batler bu malikanəni 2 il əvvəl alıb. Həmin vaxt basketbolçu bunun üçün 4,6 milyon ödəyib.
31 yaşlı Batler ötən ay “Mayami” ilə müqaviləni daha 4 il müddətinə uzadıb. O, bu anlaşmadan 184 milyon qazanacaq.
Hücumçu ötən mövsümün hər oyununda orta hesabla 21,5 xal toplayıb.