MakTominay Sulşerin göstəricisini təkrarladı

MakTominay Sulşerin göstəricisini təkrarladı

“Mançester Yunayted” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Omoniya”nı 1:0 hesabı ilə məğlub edib. 90+3-cü dəqiqədə qələbə qolunu “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Skott MakTominay vurub.

Orta xətt oyunçusu bu qolla Ole Qunnar Sulşerin göstəricisini təkrarlayıb. O, Sulşerin Çempionlar Liqasının finalında fərqləndiyi 1999-cu ildən bəri avrokubok matçına sonradan daxil olub, 90-cı dəqiqədə qələbə qolunu vuran ilk “Mançester Yunayted” futbolçusu olub.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” onu qaytarmaq istəyir

Növbəti yazı

İmmobile “Latsio” tarixinə düşdü