“Makkabi” – “Renn” matçının yeri dəyişdirildi

“Makkabi” – “Renn” matçının yeri dəyişdirildi

Avropa Liqasının “Makkabi” – “Renn” oyununun yeri dəyişdirilib. Bu barədə qərarı UEFA verib.

Qrup mərhələsinin V turunun görüşü öncədən nəzərdə tutulduğu kimi Belqrad deyil, Budapeştdə baş tutacaq. Buna səbəb Rayko Mitiç stadionunun qarşılaşma üçün hazır olmamağıdır.

Qeyd edək ki, “Puşkaş Arena”da keçiriləcək matç noyabrın 30-da boş tribunalar önündə təşkil olunacaq.

ETOPAZ

Əvvəlki yazı

“Real”ın İkardi planı

Növbəti yazı

Ximenesə İngiltərədən müştəri