Mahir Emrelidən 2-ci qol

Mahir Emrelidən 2-ci qol

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda növbəti qolunu vurub. 25 yaşlı forvard Xorvatiya çempionatının 31-ci turunda “İstra 1961”lə görüşdə fərqlənib.

Meydana start heyətində daxil olan Emreli komandasının 3:0 hesablı qələbəsinə 50-ci dəqiqədə son nöqtəni qoymaqla töhfə verib. Forvard 72-ci dəqiqədə əvəzlənib.

Mahir ötən turda “Riyeka” ilə görüşdə “Dinamo”nun heyətində ilk qolunu vurmuşdu. 3:0 hesablı qələbədən sonra xallarının sayını 66-ya yüksəldən zaqreblilər liderliyini davam etdirib.

ETOPAZ

Əvvəlki yazı

Mövsümün ən böyükhesablı qələbəsi

Növbəti yazı

Premyer Liqada istefa