Mahir Emreli zədələndi

Mahir Emreli zədələndi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib. 25 yaşlı futbolçu Zaqreb “Dinamo”sunun son matçında xəsarət alıb.

Xorvatiya çempionatının XXXII turunda “Qoritsa” ilə matçın 75-ci dəqiqəsində çiynindən zədələnərək sıradan çıxan forvard bir müddət komandadan ayrı qalacaq. Həmyerlimiz həm sabah Kiyev “Dinamo”su ilə yoldaşlıq görüşünü, həm də mayın 1-də “Lokomotiv”lə çempionat matçını buraxmalı olacaq.

Emrelinin zədəsi ciddi olmasa da, müayinəsinə artıq başlanılıb. Onun yaşıl meydanlara dönməsi bərpa prosesindən asılı olacaq.

e-Topaz

Əvvəlki yazı

Torres Premyer Liqanın top klublarının hədəfində

Növbəti yazı

“Arsenal” Jezuşu istəyir