Mahir Emreli: “Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir”

Mahir Emreli: “Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir”

Millimiz yoxlama matçında Albaniya ilə qarşılaşacaq. Oyun Macarıstanda keçiriləcək.

Qarşılaşmadan öncə yığmamızın futbolçusu Mahir Emreli mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Rəqibin gücü bizə bəllidi. Avropa çempionatına hazırlaşdıqlarını bilirik. Keyfiyyətli oyunçulara malik komandadır. Albaniya millisini analiz etmişik. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bu bayraq altında mübarizə aparırsansa, rəsmi və ya yoldaşlıq görüşü olmasından asılı olmayaraq, qarşılaşmaların hamısı vacibdir. Albaniya yığmasının Avropa çempionatına hazırlaşması bizə əlavə motivasiya verir. Belə matçlar mənim üçün bayram kimidir. Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir. Həmçinin hansı formada olduğumuzu görmək baxımından da əhəmiyyətli görüş olacaq. Komanda olaraq məşqlərdə bütün gücümüzlə hazırlaşırıq”.

ETOPAZ

Əvvəlki yazı

Arif Əsədov: “Meydana qələbə üçün çıxacağıq”

Növbəti yazı

“Porto”da yeni baş məşqçi