Mahir Emreli “Lester”ə qol vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli şərəfini qoruduğu Polşa “Legiya”sının heyətində növbəti oyununu keçirib. 24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin II turunun iştirakçısı olub.
O, komandasının qrupdakı ilk ev matçına start heyətində çıxıb. Mahir İngiltərənin “Lester” klubu ilə görüşdəki yeganə qolun müəllifi olub.
Emreli matçın 31-ci dəqiqəsində vurduğu topla matçın taleyini həll edib. 1:0 hesabı ilə qalib gələn Varşava təmsilçisi qrupdakı ikinci qələbəsini qazanıb.
Mahir oyunun 83-cü dəqiqəsində əvəzlənib. Dəyişiklik zamanı rəqib futbolçu ilə mübahisə edən hücumçu sarı vərəqə ilə cəzalanıb.
Xatırladaq ki, C qrupunda mübarizə aparan “Legiya” I turda Rusiya “Spartak”ına da eyni hesabla qalib gəlib.