Madriddə 3 qol vuran ikinci İngiltərə klubu

Madriddə 3 qol vuran ikinci İngiltərə klubu

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real”ın qonağı olan “Çelsi” səfərdə 3:2 hesabı ilə qalib gəlib. London təmsilçisi avrokuboklar tarixində Madriddə “Kral klubu”na üç qol vuran 2-ci İngiltərə komandasıdır.

Bunadək yalnız bir dəfə futbolun yaradıcıları İspaniya paytaxtında 3 qol vurmuşdu. 1968-ci ilin mayında “Mançester Yunayted” Madriddə 3:3 hesablı heç-heçəyə nail olub. Çempionlar kubokunda yarımfinalın cavab oyunundakı bu nəticə ingiltərəliləri finala daşıyıb. Bu qələbəyə baxmayaraq, ilk oyunda 1:3 hesabı ilə uduzan “Çelsi” mübarizəni dayandırıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.04.2022

Növbəti yazı

“Real”ın 9-cu “qurban”ı