Məsut Özil Bakıya gəlir

Məsut Özil Bakıya gəlir

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Bakıya gəlir. Dünya çempionu oktyabrın 11-də “Qarabağ”ın qonağı olacaq.

Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq.

Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Verder”, “Real”, “Arsenal”, “Fənərbaxça” və “Başakşəhər”də oynamış 36 yaşlı futbol veteranı Almaniya millisi ilə DÇ-2014-ün çempionu adını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də ciddi itki

Növbəti yazı

“Sabah”ın oyununun hakimləri bəlli oldu