1. Qeydiyyat
- Uyğun bölmələrə Ad, Soyad, mobil nömrə və təyin edəcəyiniz şifrəni yazın

2. İstifadə qaydalarını təsdiqlədikdən sonra nömrənizə gələn OTP kodu yazaraq qeydiyyatı tamamlayın

Pul köçürmə və hesabdan pul çıxarma əməliyyatlarını aparmaq üçün ilk əvvəl ETOPAZ hesabınızı təsdiqləməyiniz lazımdır.
ETOPAZ-da hesabınızı tədiqləmək üçün ardıcıllıqla aşağıdakı addımları izləyin
1. Hesabınıza daxil olduqdan sonra şəxsi məlumatlarım bölməsin keçin

2. Təsdiqləmə vasitələrindən (şəxsiyyat vəsiqəsi, sürücülük vəsiqəsi, xarici passport) istədiyiniz seçin.

2.1 Şəxsiyyət vəsiqəsi ilə davam etsəniz, 1-ci bölməyə şəxsiyyət vəsiqənizinizin ön tərəfinin, 2-ci bölməyə şəxsiyyət vəsiqənizinizin arxa tərəfinin və 3-cü bölməyə isə şəxsiyyət vəsiqənizi əlinizdə tutaraq çəkdiyiniz selfi şəklinizi yükləyin

2.2 Sürücülük vəsiqəsi ilə davam etsəniz, 1-ci bölməyə sürücülük vəsiqənizin şəklini, 2-ci bölməyə isə şəxsiyyət vəsiqənizi əlinizdə tutaraq çəkdiyiniz selfi şəklinizi yükləyin.

2.3 Xarici passporti ilə davam etsəniz, 1-ci bölməyə xarici passportunuzun şəklini, 2-ci bölməyə isə şəxsiyyət vəsiqənizi əlinizdə tutaraq çəkdiyiniz selfi şəklinizi yükləyin.
Pul Köçür. Etopaz saytında aşağıda qeyd olunan üsullarla pul köçürmək mümkündür.
- Hesabınıza daxil olun və “pul köçür” düyməsinə klikləyin
- Ödəmə vasitələrindən içərisindən (M10, Visa, MasterCard, CİB, Azericard) uyğun olanı seçin

- M10 ilə davam etmək üçün “mərc oyunları” bölməsinə daxil olun və ETOPAZ-ı seçərək depozitinizi tamamlayın

- Emanat vasitəsiylə depozit əlavə etmək üçün “əyləncə və oyunlar” bölməsindən ETOPAZ`ı seçərək depozit yerləşdirin.

- MilliÖn vasitəsiylə depozit etmək üçün uyğun bölməyə kliklədikdən sonra üzvlük nömrəniz və digər məlumatlarınızı yazaraq ödəmənizi tamamlayın.

- Visa, Master Card və ya CibPay vasitəsiylə davam etmək üçün isə Visa bölməsinə kliklədikdən sonra sadəcə depozit etmək etmək istədiyiniz məbləği yazmağınız kifayətdir.

Ödəniş üsulu və məlumatlarınızı qeyd etdikdən sonra asanlıqla hesabınıza pul köçürə bilərsiniz
Pul Götür. Etopaz saytında aşağıda qeyd olunan üsullarla depozit etmək mümkündür.
- Hesabınıza daxil olun və “pul götür” düyməsinə klikləyin.
- Ödəmə vasitələrindən içərisindən (M10, Visa, MasterCard, CİB, Azericard) uyğun olanı seçin

- Götürəcəyiniz pul miqdarını yazın
- Şəxsi məlumatlarınızı uyğun bölmələrə qeyd edərək pul məblələğinizi götürün.
- Qeyd: Bank kartı vasitəsilə minimum pul götür məbləği 3 Azn təşkil edir.

Oyun qaydaları
1.Hakimin Video Köməkçisi (HVK) (ingilis dilində – Video Assistant Referee (VAR)) sisteminin tətbiq edilməsi nəticəsində hər hansı bir edilmiş mərcə təsiri nəzərə alınır. Hər hansı bir oyunda baş verən mühüm bir hadisədən sonra qəbul edilən qərarlar edilmiş mərclərin etibarsız hesab edilməsinə gətirib çıxara bilər. Etibarsız mərclər mühüm hadisənin baş verdiyi vaxtdan HVK vasitəsilə verilən yekun qərarın rəsmi olaraq elan edildiyi vaxta qədər edilmiş mərcləri əhatə edir.
2.Bəzi futbol matçlarının fərqli oyun cədvəlləri ola bilər. Bu halda, aşağıdakı qaydalar tətbiq edilir:
- 90 dəqiqəlik cədvəlləşdirilmiş oyun (3 x 30 dəqiqə). Bütün oyunu əhatə edən mərclər hələ də etibarlı hesab edilir. Bu zaman Hissə (Taym) mərcləri etibarsız hesab edilir.
- 80 dəqiqəlik cədvəlləşdirilmiş oyun (2 x 40 dəqiqə). Bütün mərclər hələ də etibarlı hesab edilir.
3.Hər hansısa bir oyun proqramda qeyd olunan vaxtdan daha tez başlayarsa,mərclər necə hesablanır?
- Hər hansı bir oyun proqramda qeyd olunan vaxtdan əvvəl keçirilərsə, həmin oyun başlamadan əvvəl edilən mərclər etibarlı, digər bütün mərclər isə etibarsız hesab olunur.
4.Hər hansısa bir oyun 2-ci hissədə təxirə salınarsa, mərclər necə hesablanır?
- Əsas vaxtın başa çatmasından əvvəl dayandırılmış oyun üzrə bütün mərclər, oyunun keçirildiyi ölkənin yerli vaxtına əsasən eyni gündə yenidən təşkil edilib oynanılarsa mərclər yekun nəticəyə əsasən hesablanır. Dayandırılmış oyun eyni gündə baş tutmazsa, həmin oyun əmsal 1 olaraq hesablanacaq. İstisna olaraq, nəticəsi artıq bəlli olan mərclər dəyərləndiriləcəkdir.
5.Basketbol oyunlarında Over Time (Əlavə Vaxt) hesablanır?
- Basketbol oyununda bütün mərclər Over Time (Əlavə Vaxt) daxil olmaqla hesablanır.Həmçinin 2-ci hissə və 4 – cü mərhələ üzrə edilmiş bütün mərclər Over Time (Əlavə Vaxt) daxil olmaqla hesablanır
6.«Öz mərcini yarat» nədir?
- «Öz mərcini yarat» funksiyası sizə bir oyuna,bir neçə seçim etmək imkanı yaradır
- Mərc etdiyiniz oyuna minimum 2,maksimum isə 6 seçim edə bilərsiniz.
- Öz mərcini yarat funksiyası ilə mərc edilən kuponlara 2-ci bir oyun əlavə etmək mümkün deyil
- Futbol və Basketbol oyunları üçün aktivdir













