Useyn Bolt: “Mənim komandam Argentinadır”

Useyn Bolt: “Mənim komandam Argentinadır”

Olimpiya Oyunlarının 8 qat çempionu Useyn Bolt Qətərdə keçirilən DÇ-2022-nin favoritlərini açıqlayıb. Əfsanəvi sprinter həm azarkeşlik etdiyi komandanı, həm də qələbəyə əsas namizədləri müəyyənləşdirib.

Yamaykalının üç favoriti var:

“Mənim komandam Argentinadır. Bu yığmanı həqiqətən də dəstəkləyirəm. Fransa, Braziliya və Argentina qalib olmağa əsas namizədlərdir. Amma ümid edirəm ki, məhz Argentina çempion olacaq”.

Qeyd edək ki, sabah 1/8 final mərhələsinə start veriləcək mundial dekabrın 18-də başa çatacaq.
 

ETOPAZ

Əvvəlki yazı

DÇ-2026-da 48 komanda

Növbəti yazı

Portuqaliya və Cənubi Koreya pley-offda