Karlo Ançelotti: “Mən öz oyunçularıma azerkeşlik edəcəm”

Karlo Ançelotti: “Mən öz oyunçularıma azerkeşlik edəcəm”

“Real”ın baş məşqçisi Karlo Ançelottinin DÇ-2022-də kimə azarkeşlik edəcəyi bəlli olub. Bunu italiyalı mütəxəssisin özü açıqlayıb.

Ölkəsinin yığması mundiala qatılmadığından onun seçimi maraqlı olub:

“Əlbəttə, dünya çempionatının oyunlarına baxacam. Azarkeşlik edəcəyim komandalar Braziliya, Xorvatiya, İspaniya, Fransa, Uruqvay və Almaniya olacaq. Mən öz oyunçularıma azarkeşlik edəcəm”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Qvardioladan sonra “Siti”ni o çalışdıracaq

Növbəti yazı

“Şamaxı”dan növbəti qələbə