Məhsuldar start

Məhsuldar start

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümü məhsuldar başlayıb. 1-ci turun 5 oyununda 15 qol qeydə alınıb. “Səbail” – “Sumqayıt” (1:4) və “Sabah” – “Qəbələ” (5:0) görüşlərinin hərəsində 5, “Araz-Naxçıvan” – “Turan Tovuz” (0:3) matçında 3, “Qarabağ” – “Zirə” (0:1) və “Kəpəz” – “Neftçi” (1:0) oyunlarında 1 top vurulub.

İlk turda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, son 6 mövsüm üçün ən məhsuldar startdır. Daha yüksək göstərici sonuncu dəfə 2017/18 mövsümündə qeydə alınıb. Orta məhsuldarlığın 3,25 olduğu ilk turun 4 matçında 13 qol vurulub.

Həmin vaxt “Neftçi” – “Qarabağ” (1:3) oyununda 4, “İnter” – “Qəbələ” (1:2), “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” (hər ikisi 2:1) matçlarının hərəsində 3 qol vurulub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Növbəti yazı

Matiç “Renn” yolunda