Luniyə iki müştəri
“Qolden Steyt”in basketbolçusu Kevon Luni mövsümlərarası fasilədə komandasını dəyişə bilər. Mərkəz oyunçusunun xidmətində iki klub maraqlıdır.
“Sakramento” və “Şarlott” Kevonu heyətinə qatmaq istəyir. Maraqlıdır ki, hər iki komandaya “Qolden Steyt”in köməkçi məşqçisi rəhbərlik etməyə yaxın idi. Mayk Braun “Sakramento”nun sükanı arxasına keçsə də, Kenni Etkinson son anda “Şarlott”un təklifindən imtina edib.
Qeyd edək ki, Luni 2021/22 mövsümündə 82 oyunun hamısında iştirak edərək orta hesabla 6,0 xal, 7,3 ribaund və 2,0 ötürməyə imza atıb.