Lukakuya yeni müştəri
Belçika milisinin futbolçusu Romelu Lukaku Asiyadan təklif alıb. “Roma”nın hücumçunun xidmətində Səudiyyə Ərəbistanının aparıcı klublarından biri maraqlıdır.
30 yaşlı forvardın icarədə olduğu İtaliya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 2026-cı ilin yayına qədər “Çelsi”yə məxsus olan Romelu İngiltərəyə qayıtmaq istəmir. Adı açıqlanmayan ərəb klubu da bu durumdan yararlanaraq onu heyətinə qatmağı planlaşdırır.
Lukaku cari mövsümdə 36 matça çıxıb. O, 18 qol vurub.