Lukakuya əlverişli rəqib

Lukakuya əlverişli rəqib

“Aston Villa” “Çelsi”nin futbolçusu Romelu Lukaku üçün ən əlverişli rəqibə çevrilib. Belçikalı hücumçu Premyer Liqanın XIX turunun görüşündəki qolla 3:1 hesablı qələbədə pay sahibi olub.

Bununla da Romelunun Birminhem təmsilçisinin qapısından keçirdiyi topların sayı 9-a çatıb. “Aston Villa”ya qarşı 10 matça çıxan Lukaku karyerası ərzində heç bir komandaya bu qədər qol vurmayıb.

Qeyd edək ki, Lukaku cari mövsümün 16 oyununda 5 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Nisikoridən imtina

Növbəti yazı

“Arsenal”ın matçı təxirə salındı