Lukakudan rekord

Lukakudan rekord

Romelu Lukaku Avropa çempionatları tarixinə düşüb. Belçikalı hücumçu turnirin seçmə mərhələsində ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Lukaku buna Azərbaycanla matçdan sonra nail olub. Yığmamızın qapısına 4 qol vuran forvard AVRO-2024-ün seçmə oyunlarında ümumilikdə 14 dəfə fərqlənib.

Bununla da Romelu şimali irlandiyalı David Hilinin AVRO-2008 və polşalı Robert Levandovski isə AVRO-2016-da imza atdığı rekordu arxada qoyub. Bu cütlük hərəyə 13 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Sonadək mübarizə apardıq”

Növbəti yazı

11 ilin rekordu