Luka Yoviç “Real”dan gedir

Luka Yoviç “Real”dan gedir

İspaniya “Real”ının hücumçusu Luka Yoviç komandasını dəyişməyə hazırlaşır. Serbiya millisinin üzvü “kral klubu”ndakı durumundan məmnun deyil.

Meneceri 23 yaşlı forvardın qış fasiləsində Madrid təmsilçisindən ayrılması üzərində çalışmaya başlayıb. Yoviçin karyerasını davam etdirmək ehtimalı olan klublar hələlik “Yuventus” və “İnter”dir.

Milan klubu futbolçunun icarəyə götürülməsi üçün artıq meneceri ilə danışıqlara başlayıb. “Vest Hem” və “Arsenal”ın da diqqətdə saxladığı forvard özü İtaliyaya köçmək istəyir.

Xatırladaq ki, Luka Yoviç bu mövsüm La Liqada 5 oyun keçirib, 1 assist edib.

ETOPAZ

Əvvəlki yazı

Klublararası dünya çempionatı təxirə salınır

Növbəti yazı

“Boston”un ulduz hücumçusu koronavirusa yoluxdu