Luçesku Vengerə çatdı

Luçesku Vengerə çatdı

Avropa Liqasının 3-cü turunda “Renn” – Kiyev “Dinamo”sunu qonaq edib. Görüş fransalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ukrayna təmsilçisinin baş məşqçisi Mirça Luçesku üçün bu, avrokuboklarda 250-ci oyun olub. Beləliklə, rumıniyalı mütəxəssis bu göstəricidə Arsen Vengerə çatıb.

Lider 269 belə matçı olan Aleks Ferqyusondur. İkinci pilləni Vengerlə Luçesku bölüşür.

ETOPAZ

Əvvəlki yazı

Benzema razılıq verdi

Növbəti yazı

Haalanddan rekord