Lorisdən milliyə vida
Fransa millisinin qapıçısı Uqo Loris yığmadakı karyerasını başa vurub. Bunu komandanın mətbuat xidməti açıqlayıb.
Millinin kapitanı 36 yaşında bu addımı atıb. O, yığmadan getməyə qərar verib.
2008-ci ildən millidə çıxış edirdi qolkiper 145 oyun keçirib. O, 121 dəfə kapitanlıq sarğısını daşıyıb. Loris yığmadakı oyun sayında komandanın rekordçusudur.