“Liverpul”un rekordu təkrarlandı

“Liverpul”un rekordu təkrarlandı

“Mançester Siti” 2021-ci ildə 33-cü çempionat qələbəsini qazanıb. Pep Qvardiolanın yetirmələri Premyer Liqanın XVII turunda “Lids”i 7:0 hesabı ilə məğlub edib.

“Şəhərlilər” bununla da “Liverpul”un rekordunu təkrarlayıb. Mersisaydlılar 1982-ci ildə 33 matçda qalib gəlib.

Mançester təmsilçisi ilin sonunadək daha üç oyun keçirəcək. “Nyukasl”, “Lester” və “Brentford”la görüşlərdə qazanılacaq bir qələbə ilə mütləq rekord rəsmiləşəcək.

e-Topaz

Əvvəlki yazı

Karridən tarixi nəticə

Növbəti yazı

İlin ən uzun qol seriyası