“Liverpul”un oyunu təxirə salındı
İngiltərə Premyer Liqasının daha iki oyunu təxirə salınıb. Dekabrın 26-da keçirilməli olan XIX turun 9 matçından ikisi baş tutmayacaq.
Buna səbəb “Lids” və “Uotford” klubunun futbolçularında koronavirusa yoluxma halının aşkarlanmasıdır. Premyer Liqa rəhbərliyi həmin günün “Liverpul” – “Lids” və “Vulverhempton” – “Uotford” matçını təxirə salıb.
Bu komandaların dekabrın 28-də XX tur matçına çıxıb-çıxmayacaqları barədə hələ qərar verilməyib.