“Liverpul”un Meyson planı
“Çelsi”nin futbolçusu Meyson Maunt klubu tərk edə bilər. Yarımmüdafiəçi “Liverpul”un hədəfindədir.
“Mersisaydlılar” 24 yaşlı futbolçunu yayda transfer etmək fikrindədir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Maunt 2005-ci ildən “Çelsi”dədir. O, mövsümün 32 matçında 3 qol vurub.