“Liverpul”u dayandırdılar

“Liverpul”u dayandırdılar

“Liverpul”un uğurlu seriyaları qırılıb. Yurgen Kloppun yetirmələri Premyer Liqanın XX turunda “Lester”ə 0:1 hesabı ilə uduzub.

Sonuncu dəfə noyabrın 7-də “Vest Hem”ə uduzan mersisaydlılar son 11 matçda ilk dəfə məğlub olub. 10 oyunluq uğurlu seriya müddətində 8 qələbə və 2 heç-heçə əldə edilib.

Bu, “Liverpul”un cari mövsümdə qol vurmadığı ilk matçdır. Ümumilikdə isə Kloppun komandası son 34 görüşdə meydanı qolsuz tərk etmirdi.

e-Topaz

Əvvəlki yazı

Konte rekorda imza atdı

Növbəti yazı

“Barselona”da daha bir yoluxma