“Liverpul”dan məhsuldarlıq rekordu
İngiltərə Premyer Liqasının XIV turunda “Liverpul” səfərdə “Everton”u 4:1 hesabı ilə məğlub edib. 39 ildən sonra ilk dəfə “qırmızılar” əzəli rəqibinə səfərdə 4 qol vura bilib. 1982-ci ildə “Liverpul” 5:0 hesablı qələbə qazanıb.
“Liverpul” ardıcıl 18 oyunda ən azı iki qol vuran ilk komanda kimi İngiltərə çempionatları tarixinə düşüb. Buna qədər rekordçu 1927-ci ildə ardıcıl 17 görüşdə iki və daha çox qol vuran “Sanderlend” olub. Yurgen Kloppun yetirmələrinin uğurlu seriyası sentyabrın 12-də “Lids”lə səfər qarşılaşmasında başlayıb və həmin vaxtdan bəri rəqib qapılarından 57 top keçirib.
Həmçinin mersisaydlılar ardıcıl 14 səfər görüşündə minimum 2 dəfə rəqibi mərkəzə dəvət etməklə “Preston”a məxsus 1988/89 mövsümündəki rekordu qırıb.