“Liverpul”dan antirekord

“Liverpul”dan antirekord

“Liverpul” avrokuboklarda ən ağır ev məğlubiyyətini təkrarlayıb. Yurgen Kloppun yetirmələri Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atalanta”ya 0:3 hesabı ilə uduzub.

İngiltərə klubu tarixində 3-cü dəfə evdəki avrokubok matçında üç top fərqi ilə məğlub olub. “Atalanta”ya qədər yalnız “Real” “Liverpul”un meydanında belə qələbələr qazanıb. 2014-cü ildə 3:0 hesablı qələbə qazanan İspaniya klubu 2023-cü ildə də eyni fərqlə qalib gəlib – 5:2.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça” səfərdən məğlub dönür

Növbəti yazı

Ən yaxşı adına namizədlər