“Liverpul”da Salah problemi
“Liverpul”da ayrılıq baş verməyə yaxındır. Məhəmməd Salah yay transfer pəncərəsində İngiltərə klubunu tərk edə bilər.
O, baş məşqçi Yurgen Kloppun gedişindən sonra komandadan ayrılmağa hazırlaşır. Misirli futbolçuya əsas namizəd Səudiyyə Ərəbistanının “Əl İttihad” klubudur. Yarımada təmsilçisi forvard üçün 200 milyon funt-sterlinq (233 milyon avro) ödəməyə hazırdır.