“Liverpul” və Salahdan rekord

“Liverpul” və Salahdan rekord

“Liverpul” “Mançester Yunayted”lə oyunlarda ən böyükhesablı səfər qələbəsini qazanıb. Bu, İngiltərə Premyer Liqasının IX turunda baş verib. “Old Trafford”dakı qarşılaşmada Liverpulun eyniadlı təmsilçisi 5 cavabsız qolla qələbə qazanıb. Mersisaydlılar heç vaxt rəqibini 5-dən artıq top fərqi ilə məğlub etməyib. 1925-ci ildə 5:0 hesablı qələbə qazanan “Liverpul” həmin rekordu təkrarlayıb.

Qollardan üçünə Məhəmməd Salah imza atıb. Misirli hücumçu “Old Trafford”dakı Premyer Liqa oyunlarında het-trik edən ilk qonaq futbolçudur.

Salah Premyer Liqadakı qol sayını 106-ya çatdırıb. O, ən məhsuldar afrikalı ünvanına yiyələnib. Misirli forvard 104 dəfə fərqlənən Didye Droqbanın rekordunu qırıb.

Nabi Keyta isə “Mançester Yunayted”in qapısına Premyer Liqada səfərdə ən erkən qol vuran “Liverpul”lu olub. O, 4 dəqiqə 42 saniyədən sonra fərqlənib.

“Qırmızı şeytanlar” tarixində ilk dəfə Premyer Liqa qarşılaşmasının 1-ci hissəsindən sonra 4 top fərqi ilə geridə olub.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl 4-cü məğlubiyyət

Növbəti yazı

Günün kuponu – 25.10.2021