“Liverpul” Salahı komandada saxlayacaq
“Liverpul”un Məhəmməd Salahla bağlı planları bəlli olub. “Qırmızılar” Misir yığmasının hücumçusu ilə müqaviləni 2027-ci ilə qədər uzatmaq istəyir.
Futbolçunun uğurları alman mütəxəssisi Yürgen Kloppu qane etdiyi üçün forvardın komandada qalmasının tərəfdarıdır. 31 yaşlı futbolçu 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.