“Liverpul”, “Roma” və “Marsel”dən böyükhesablı qələbə

“Liverpul”, “Roma” və “Marsel”dən böyükhesablı qələbə

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Mərhələnin 7 matçı baş tutub.

Azərbaycan çempionu “Qarabağ” evdə “Bayer”lə heç-heçə oynayıb. “Liverpul” “Sparta”ya 5:1 hesabı ilə qalib gəlib.

Mərhələyə martın 6-da keçirilən “Sportinq” – “Atalanta” matçı (1:1) ilə start verilib.

Avropa Liqası
1/8 final, ilk oyunlar
7 mart
“Sparta” – “Liverpul” – 1:5
“Roma” – “Brayton” – 4:0
“Qarabağ” – “Bayer” – 2:2
“Marsel” – “Vilyarreal” – 4:0
“Benfika” – “Reyncers” – 2:2
“Frayburq” – “Vest Hem” – 1:0
“Milan” – “Slaviya” – 4:2

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan məhsuldar heç-heçə

Növbəti yazı

“Fənərbaxça”dan səfər qələbəsi