“Liverpul” “Mançester Yunayted”i böyük hesabla məğlub etdi

“Liverpul” “Mançester Yunayted”i böyük hesabla məğlub etdi

İngiltərə Premyer Liqasının 30-cu turdan təxirə salınan oyununda “Liverpul”la “Mançester Yunayted” qarşılaşıb. “Enfild Roud”dakı görüşdə meydan sahibləri böyükhesablı qələbə qazanıb – 4:0.

Çempionluq uğrunda mübarizə aparan “Liverpul”un heyətində Məhəmməd Salah iki qol və bir asssistə imza atıb. Digər qolları Luis Diasla Sadio mane vurub.

Birinci dövrədə rəqibini səfərdə 5:0 hesabı ilə məğlub edən liverpullular iki oyunun cəmində 9:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, 32 oyundan sonra xal hesabını 76-ya çatdıran Yurgen Kloppun yetirmələri liderliyə yüksəlib. 2 xal geri qalan “Mançester Siti”nin ehtiyatda bir oyunu var.

ETOPAZ

Əvvəlki yazı

Modriç növbəti matçı buraxacaq

Növbəti yazı

“İnter” finalda