“Liverpul” İngiltərə futbolu tarixinə düşdü
“Liverpul” unikal uğura imza atıb. Mersisaydlılar İngiltərə tarixində bir mövsümdə üç turnirin – Çempionlar Liqası, İngiltərə kuboku və İngiltərə liqa kubokunun finalına çıxan ilk komanda olub.
Baş məşqçi Yurgen Kloppun yetirmələri Çempionlar Liqasının yarımfinalında “Vilyarreal”ı iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə məğlub edərək turnirin finalına yüksəlib. Burada onların rəqibi “Mançester Siti” – “Real” cütünün qalibi olacaq.
Xatırladaq ki, İngiltərə liqa kubokunun finalı artıq baş tutub. Fevralın 27-də “Liverpul” “Çelsi”ni (0:0, 11:10) penaltilər seriyasında məğlub edib.
Qeyd edək ki, İngiltərə kubokunun finalı mayın 14-də keçiriləcək. Həlledici görüşdə “Liverpul” yenidən “Çelsi” ilə qarşılaşacaq.