“Liverpul” “Everton”un müdafiəçisini istəyir

“Liverpul” “Everton”un müdafiəçisini istəyir

“Liverpul” müdafiə xəttini gücləndirmək niyyətindədir. “Qırmızılar” İngiltərə yığmasının üzvü Cerred Brentueytlə maraqlanır.

Liverpulun digər təmsilçisi “Everton”da çıxış edən 22 yaşlı futbolçu bu varianta müsbət yanaşır. Cerred azarkeşlərin mümkün təzyiqinə baxmayaraq əzəli rəqibin düşərgəsinə keçməyə qarşı deyil. Onun transfer qiyməti 42 milyon avro dəyərləndirilir.

Qeyd edək, Brentueytin “Everton”la 2027-ci ilin yayına kimi müqaviləsi var. O, ötən mövsümdə 41 oyunda meydana çıxıb, 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça”dan “Srvena Zvezda”ya

Növbəti yazı

Telles Braziliya klubunda