Liqa1-də yenə azarkeşlər “fərqləndi”
Fransa Liqa1-də növbəti qalmaqal yaşanıb. İnsident XI turun “Sent-Etyen” – “Anje” oyunundan əvvəl baş verib.
“Jeffrua-Qişar” stadionunda keçirilən matç azarkeşlərin hərəkətləri üzündən gec başlayıb. Fanatlar qarşılaşmadan öncə meydana pirotexniki əşyalar atıblar. Bu da görüşün vaxtında başlamasına mane olub. Matç 2:2 hesabı ilə başa çatıb.
Xatırladaq ki, bu, cari mövsüm Liqa1-də azarkeşlərin səbəb olduğu ilk xoşagəlməz hadisə deyil. Artıq bir neçə klub bu üzdən cəzalanıb.