“Lion”un yarımmüdafiəçisi PSJ və “Arsenal”ın hədəfində

“Lion”un yarımmüdafiəçisi PSJ və “Arsenal”ın hədəfində

“Lion”un yarımmüdafiəçisi Lukas Paketa komandasını dəyişə bilər. 24 yaşlı futbolçunun xidmətində PSJ və “Arsenal” klubları maraqlıdır.

Braziliyalı yarımmüdafiəçi 2020-ci ildən 20 milyon avroya transfer olduğu klubda çıxış edir. Oyunçunun “Lion”la müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir. 24 yaşlı futbolçunun bazar dəyəri 35 milyon avrodur.

Lukas Paketa bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi 2018-ci ildən Braziliya millisinin heyətində çıxışır. Lukas yığma komandada 29 oyun keçirib və altı qol vurub.

ETOPAZ

Əvvəlki yazı

30 yaşdan sonra ən sərrast futbolçular

Növbəti yazı

DÇ-2022-nin pley-off matçı təxirə salındı