“Lion” Premyer Liqadan futbolçu gətirdi
“Tottenhem”in futbolçusu Covani Lo Çelsonun yeni komandası müəyyənləşib. Argentinalı yarımmüdafiəçi “Lion”a icarəyə verilib.
25 yaşlı futbolçu mövsümün sonunadək Fransa klubunda çıxış edəcək. Onun maaşının 50 faizini lionlular ödəyəcək. Bu rəqəm 500 min avroya bərabərdir.
Lo Çelso yeni klubunda Bruno Gimraynşı əvəz etməlidir. Sonuncu qış transfer pəncərəsində “Nyukasl”a keçəcək. Covani cari mövsümün 19 matçında 1 qol vurub. Onun londonlularla müqaviləsi 2025-ci ildə başa çatacaq.