“Lill”in oyununda əlbəyaxa dava
Liqa 1-in 25-ci turunda xoşagəlməz hadisə baş verib. Belə ki, “Lill” – “Mets” oyununda əlbəyaxa dava olub.
Qonaqların baş məşqçisi Frederik Antonetti qarşılaşmanın sonlarında rəqibin idman direktoru Silven Armana hücum edib. 62 yaşlı fransalı mütəxəssis bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.