Lillard 4-cü pillədə

Lillard 4-cü pillədə

Damien Lillard NBA tarixinin üçxallıq atışlar siyahısında 4-cü yerə yüksəlib. “Miluoki”nin müdafiəçisi buna “Leykers”lə görüşdə nail olub.

O, 2561-ci dəfə səbəti dəqiq nişan alıb və 2560 belə atış müəllifi olan Reci Milleri arxada qoyub. Bu göstəricidə mütləq rekord isə Stefen Karriyə məxsusdur. “Qolden Steyt”in ulduzu 3680 dəfə dəqiq olub. Rey Allen 2973 atışla ikincidir. “Üçlüy”ü Ceyms Harden qapayır – 2910.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”dan səfər qələbəsi

Növbəti yazı

Rıbakina İndian-Uellsdə oynamayacaq