Liancelo Boll G-liqada

Liancelo Boll G-liqada

“Şarlott”un sabiq basketbolçusu Liancelo Boll karyerasını G-liqada davam etdirəcək. 22 yaşlı müdafiəçi NBA-nın İnkişaf Liqası təmsilçilərindən biri ilə müqavilə imzalamağa qərar verib.

Onun formasını geyinəcəyi klub dtraftda bəlli olacaq. Bu, oktyabrın 23-də baş tutacaq.

Liancelo Yay Liqasında “Hornets”in şərəfini qoruyub. Lakin basketbolçu mövsüm öncəsi təşkil olunan toplanış üçün heyətdən kənar qalıb. Boll Las-Veqasdakı turnirdə orta hesabla hər oyunda 9,6 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Depaydan yeni rekord

Növbəti yazı

Mahir Emreli koronavirusa yoluxdu