“Leykers”dən yaşlı “beşlik”

“Leykers”dən yaşlı “beşlik”

“Leykers” “Çikaqo” ilə qarşılaşmaya 32 yaşdan kiçik olmayan basketbolçularla başlayıb. Los-Anceles təmsilçisi oyuna Lebron Ceyms (36 yaş), Ueyn Ellinqton (34), Deandre Cordan, Rassell Uestbruk (hər ikisi 33) və Ayzeya Tomasdan (32) ibarət start “beşlik”lə çıxıb.

Meydana belə yaşlı heyətlə çıxan sonuncu komanda 2011/12 mövsümündə “Dallas” olub. Kaliforniya təmsilçisi isə sonrakı 9 mövsümün ən yaşlı komandasıdır.

Qeyd edək ki, bu qarşılaşmada Çikaqo təmsilçisi 115:110 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça” baş məşqçisi ilə vidalaşdı

Növbəti yazı

Premyer Liqada antirekord